“Dişləriniz kiçikdirsə dodaq dolğusunu çox etdirməyin. Üzdə ağız açıqkən üst dişlər görünməlidir”.
NOCOMMENT.az xəbər verir ki, bu haqda plastik cərrah Mustafa Karaca bildirib.
O, bəzi vacib maddələri bilmədən estetik prosedurları etdirməməyi tövsiyə edib: “Botoks ilə qaş kənarları yuxarı qaldırıla bilər, ancaq gicgahlara doğru çəkilməz.
Yanaqlarınızda çənə sümüyünüzün altına doğru sallanma varsa, masseter botoksu etdirməyin. Üzünüzün alt hissəsini daha da incəldib sallanmanı daha da qabarıq hala gətirə bilər. Göz qapaqlarınızda dəri artıqlığı başlayıbsa, alın botoksu təhlükəli ola bilər. Qaşı aşağıya doğru basdırar, ehtiyac olarsa, çox kiçik miqdarda və təcrübəli əllərdə edilməlidir”.
Üzgərmə əməliyyatından da bəhs edən cərrah, həmin prosedurun qırışları aradan qaldırmadığını bildirib: “Doğru proseduru seçmək üçün ilk olaraq doğru analiz edilməlidir. Bu olmazsa, edilən ən yaxşı prosedur belə arzuolunmaz nəticə verə bilər. Çənəniz kiçikdirsə, yanaq sallanması varsa, dolğu effektli ola bilər. Amma çənəniz qabarıq, sərtdirsə, üstəlik yanaq sallanması varsa, dolğu deyil, üzgərmə əməliyyatı gərəklidir. Qeyd edim ki, üzgərmə əməliyyatı üzü, sadəcə, yuxarı doğru dartar, qırışlar qalacaqdır. Qırışlar üçün botoks əsas şərtdir. Dolğu ilə burun ucunuzu qaldırmağa çalışmayın. Bu zaman dik buruna deyil, kartofa bənzər görüntü əldə edə bilərsiniz”.











