Bu film ilin ən pis filmi seçildibackend

Bu film ilin ən pis filmi seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Netflix”in şahzadə Diana haqqında çəkdiyi “Diana the Musical” filmi “Razzie Awards” tərəfindən ən pis film seçilib.

“NOCOMMENT” Musavat.com-a istinadən bildirir ki, “Oskar” mükafatlandırma mərasimindən bir gün əvvəl Hollivudun ən yaxşı filmləri, “Razzie Awards” isə ilin ən pis filmlərinin adı və sənətçiləri elan olunub. “Diana the Musical” filmi ən pis film və ən pis aktrisa nominasiyası daxil olmaqla beş mükafat “qazanıb”. Qeyd edək ki, şahzadə Diana obrazını canlandıran Janna de Vaal ən pis aktrisa seçilib.

Təqdimat zamanı adı çəkilən filmin 2020-ci ildə bu nominasiya üzrə birinci olan “Cats” adlı ekran işindən daha bərbad olduğu deyilib. Qeyd edək ki, film ötən il yayımlananda “The Guardian” “Vanity Fair”, “Financial Times” tərəfindən kəskin tənqid olunmuşdu.

Mərasimdə tanınmış basketbolçu LeBron Ceyms “Yeni miras” (“Space Jam: A New Legacy”) filmindəki obrazına görə ən pis aktyor seçilib.

“Razzie Awards”un digər nominasiyalar üzrə, “ən pis rejissor” Kristofer Eşli, “ən pis ssenari” üzrə David Bryan və Joe DiPietro, “ən pis ikinci plan aktrisası” Cudi Key, “ən pis ikinci plan aktyoru” isə “Gucci evi” (“The House of Gucci”) filmində rol alan Kared Leto seçilib.