Xəbər verdiyimiz kimi, Vətən Müharibəsi Qəhrəmanlarına verilən müavinət artırılıb. Belə ki, həmin şəxslərə ayda 2 200 manat veriləcək. Daha əvvəl bu məbləğ 2 000 manat idi.
NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki, “Vətən Müharibəsi Qəhrəmanı” medalına 83 nəfər layiq görülüb. Onlardan 2 nəfəri general-leytenant, 6 nəfəri general-mayor, 8 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 17 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir.
Vətən Müharibəsi Qəhrəmanı olan generalların siyahısını təqdim edirik:
General-leytenant İlham Mehdiyev – Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini
General-leytenant Hikmət Mirzəyev – Quru Qoşunlar komandanı
General-leytenant Namiq İslamzadə – Hərbi Hava Qüvvələrinin komandanı
General-mayor Zaur Məmmədov – XTQ üzvü
General-mayor Kənan Seyidov – Əlahiddə Ümumqoşun Ordusunun Komandanı
General-mayor Babək Ələkbərov – DSX-nin Çevik Hərəkət Qüvvələrinin Komandanı
General-mayor Babək Qurbanov – Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri
General-mayor Vüsal Sultanov – DSX Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi