Bu gün 3 rayonda qaz olmayacaqbackend

Bu gün 3 rayonda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Biləsuvar, Balakən və Şəmkir rayonlarının bəzi qəsəbə və kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində mayın 19-da planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatana qədər “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatana qədər “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.