Bu gün 4 ölkənin xarici işlər nazirləri Ukraynaya gedəcəklərbackend

Bu gün 4 ölkənin xarici işlər nazirləri Ukraynaya gedəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya, Almaniya, Slovakiya və Çexiyanın xarici işlər nazirləri bu gün Ukraynaya səfər edəcəklər.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, diplomatlar Ukrayna rəhbərliyi ilə görüşməyi, həmçinin Donbasdakı təmas xəttinə baş çəkməyi planlaşdırır.

Almaniyanın xarici işlər naziri Annalena Burbokun səfəri iki gün davam edəcək və ilin əvvəlindən bu günə kimi ikinci səfər olacaq. Onun Kiyevdə Ukrayna lideri Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü planlaşdırılır. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların əsas mövzuları Normand formatı (Almaniya, Rusiya, Ukrayna, Fransa) çərçivəsində səylərin əlaqələndirilməsi, “Rusiyanı cilovlamaq üçün hərtərəfli paketin” həyata keçirilməsi, ticarət əlaqələrinin inkişafı və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi olacaq.

Onunla yanaşı həmçinin Çexiya, Slovakiya və Avstriyanın xarici işlər nazirləri Yan Lipavski, İvan Korçok və Aleksander Şallenberq də fevralın 7-8-də Ukraynada olacaqlar. Çexiyalı nazirin sözlərinə görə, səfərin məqsədi Ukraynanın şərq sərhədindəki vəziyyətdə ona dəstək olmaqdır. Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu, Slavkov formatı (üç ölkə arasında regional əməkdaşlıq forması) ölkələrinin xarici işlər orqanları rəhbərlərinin ilk səfəridir.
modern