Bu gün Azərbaycan Premyer Liqasının aqibətinə aydınlıq gələcəkbackend

Bu gün Azərbaycan Premyer Liqasının aqibətinə aydınlıq gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

NOCOMMENT.az-ın məlumatına görə, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına mayın 31-də qərar verilib. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb.