Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaqbackend

Bu gün Azərbaycan, TürkiyəPakistan XİN başçılarının görüşü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

NOCOMMENT xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.

C.Bayramov Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak edəcək. Nazirlərin görüşü bu gün Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Yanvarın 14-də isə Azərbaycan xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.