Bu gün Ermənistan müxalifəti küçələrə çıxacaqbackend

Bu gün Ermənistan müxalifəti küçələrə çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyan əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Baqramyan prospektində yerli vaxtla saat 15:00-da növbəti mitinq keçiriləcək. Aksiyanın təşkilatçısı yenə Vətənin Xilası Hərəkatıdır.

Xatırladaq ki, Ermənistan müxalifəti ötən ilin sonlarından iqtidara qarşı etiraz aksiyaları keçirir. Paşinyan əleyhdarları baş nazirin istefaya getməsini tələb edirlər. Onlar bir neçə dəfə parlament binasının qarşısında çadırlar qurublar və orada gecələyiblər.

Baş nazir isə öz növbəsində istefa verməyəcəyini bildirib.