Bu gün Moskvada Azərbaycan və Ermənistan nümayəndələri görüşə bilərlərbackend

Bu gün Moskvada Azərbaycan və Ermənistan nümayəndələri görüşə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli dövlət komissiyasının ikinci görüşünün keçirilməsi gözlənilir.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.

Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevdir. 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində komissiya çərçivəsində ilk görüş keçirilib.

Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.