Bu gün NATO-ya üzvlük toplantısı keçiriləcək – İsveç və Finlandiya…backend

Bu gün NATO-ya üzvlük toplantısı keçiriləcək – İsveç və Finlandiya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin başlamasına şərti razılıq verən Türkiyə bu iki ölkənin öhdəliklərini yerinə yetirməsini gözləyir.

NOCOMMENT xəbər verir ki, prosesə nəzarət üçün yaradılmış Daimi Mexanizmin üçüncü iclası bu gün keçiriləcək. İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. 30 üzv ölkədən 28-i ərizələri təsdiqləyib. Macarıstanda təsdiq prosesi davam edir. Türkiyə isə bu iki ölkənin öhdəliklərini yerinə yetirməsini gözləyir.

Ankara Sosial Elmlər Universiteti Müəllim Prof. Dr. Muhittin Ataman bildirib ki, keçən ilin iyun ayında imzalanan üçlü memorandumda verilən vədləri təqib etmək üçün Türkiyə bu texniki görüşləri keçirməyə razılaşdı və bundan sonrakı addımlar İsveç Dövlətinin alacağı qərarlarla bağlı olacaq.