Bu gün nəşi tapılan əsgərlərin FOTOLARIbackend

Bu gün nəşi tapılan əsgərlərin FOTOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Respublika Hərbi Prokurorluğu Vətən müharibəsində itkin düşən daha iki şəhidin kimliyinin müəyyənləşdirildiyi barədə məlumat yayıb.

Əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək onlarının nəşinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Elvin Mustafayev 7 avqust 1997-ci ildə anadan olub.

Müddətdən artıq hərbi qulluqçu Ələkbər Musayev 16 iyun 1999-cu ildə Cəlilabad rayonunda doğulub.

Xatırladaq ki, bu günə kimi İkinci Qarabağ Müharibəsində şəhid olan 2891 əsgərin kimliyi müəyyənləşib.

Modern.az