Bu gün onlarla azərbaycanlı Almaniyadan deportasiya olunacaqbackend

Bu gün onlarla azərbaycanlı Almaniyadan deportasiya olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan 30-a yaxın azərbaycanlının bu gün deportasiya ediləcəyi gözlənilir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, onlar əsasən sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslərdir.

Əyalətin müxtəlif şəhərlərindəki ünvanlarından polis və miqrasiya idarəsinin əməkdaşları ilə birgə Düsseldorf şəhərinə gətirilən azərbaycanlılar hava limanının yaxınlığında yerləşən və deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya yerləşdiriliblər.

Onların bu gün xüsusi çarter reysi ilə Azərbaycana göndərilməsi gözlənilir. Təyyarə Bakı vaxtı ilə saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.

Məlumat üçün bildirək ki, Almaniyadan kütləvi belə deportasiya sonuncu dəfə bu ilin mart ayında həyata keçirilib. Bu ölkədə qanunsuz yaşayan 50-yə yaxın Azərbaycan vətəndaşı çarter reysi ilə Vətənə gətirilib.