Bu gün özünü güllələyən əsgər bu məşhur nəsildəndirbackend

Bu gün özünü güllələyən əsgər bu məşhur nəsildəndir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Səid Məzahir oğlu Abdullazadə odlu silahdan atəş açmaqla intihar edib.

“NOCOMMENT” Axar.az-az istinadla xəbər verir ki, S.Abdullazadə Şamaxının Məlikçobanlı kəndindəndir.

Abdullayevlər Şamaxıda məşhur nəsil sayılır. Bu nəslin ən nüfuzlu simalarından biri mərhum Əlövsət Abdullayevdir. Uzun illər Bakı Dövlət Universitetində dərs deyən Ə.Abdullayev tanınmış dilçi alim, professor, Dövlət mükafatı laureatı idi. 1993-cü ildə, 73 yaşında vəfat edib.

Ə.Abdullayevin qardaşı, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev böyük alim və ziyalı olmaqla yanaşı, elmi dairələrdə, qardaşı kimi, məhz halallıq simvoludur. Hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektorudur.

Bu nəslin davamçıları sırasında xarici ölkələrdə yaşayan tanınmış alimlər də var.