Bu gün paytaxtın 503 küçəsi YUYULDU – FOTObackend

Bu gün paytaxtın 503 küçəsi YUYULDUFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün paytaxtda yaz mövsümü ilə əlaqədar təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

Bu barədə NOCOMMENT.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 503 əsas küçə və prospektlərinin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı, müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də iştirak ediblər.