Bu gün Qarabağ Macarıstanda cavab oyununa çıxacaqbackend

Bu gün Qarabağ Macarıstanda cavab oyununa çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.

NOCOMMENT xəbər verir ki, komandamız Macarıstanda “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Qarşılaşmanı FİFA referisi Karlos del Serro idarə edəcək.

Mərhələni keçən komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
9 avqust

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva
Budapeşt, “Groupama Arena”.