Bu gün UEFA Çempionlar Liqasında final oyunu keçiriləcəkbackend

Bu gün UEFA Çempionlar Liqasında final oyunu keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün final oyunu keçiriləcək.

NOCOMMENT.az “Çempionat” nəşrinə istinadən xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Liverpul”u və İspaniyanın “Real Madrid” klubları qarşılaşacaq.

Parisin “Stade de Franse” stadionunda baş tutacaq qarşılaşmanı yerli FİFA referisi Klement Turpin idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu, Çempionlar Liqasının finalında “Real Madrid” və “Liverpul” arasında üçüncü qarşılaşma olacaq. Əvvəlki görüşlərdə komandaların hər biri bir dəfə titul qazanıb. 1980/1981 mövsümündə İngiltərə təmsilçisi, 2017/2018 mövsümündə isə İspaniya klubu kubokun sahibi olub.