Bu gün “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçiriləcəkbackend

Bu gün “Uşaq Avroviziyası – 2021″ mahnı müsabiqəsi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçiriləcək.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, Azərbaycanı müsabiqədə “One of those days” (O günlərdən biri) mahnısı ilə Sona Əzizova təmsil edəcək.

Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir. Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

Tədbir Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında baş tutacaq.

Səsvermə dekabrın 17-də, Bakı vaxtı ilə saat 23:00-da başlayıb, bu gün saat 19:00-dək davam edəcək və həmin gün sonuncu iştirakçının çıxışından dərhal sonra 15 dəqiqəlik bərpa olunacaq.

Sona Əzizovanın çıxışını bəyənirsinizsə, https://vote.junioreurovision.tv/ saytına keçid edərək səs verin.

Qeyd edək ki, güclü səsə malik Sona Əzizova İTV televiziya kanalında keçirilmiş “Səs Uşaqlar” mahnı müsabiqəsində 2-ci yeri qazanıb.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.