Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılırbackend

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında səhmdar cəmiyyətinin rəsmisi Rafiq Əliyev bildirib.

Bununla belə, onun sözlərinə görə, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək.

“Bu gündən ümumilikdə 3 800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1 800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik dayandırılacaq. Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Onu da qeyd edim ki, bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir”, – deyə R.Əliyev qeyd edib.

Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır. Ötən il “Azəristiliktəchizat”ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı.