Bu gündən Bakı, Sumqayıt və Abşeronda tətbiqinə başlanılırbackend

Bu gündən Bakı, Sumqayıt və Abşeronda tətbiqinə başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılır.

NOCOMMENT xəbər verir ki, bu şəhər və rayonlarda rəsmi qeydiyyatda olan əhali aprelin 1-dən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə biləcəklər.

Bununla da icbari tibbi sığorta Azərbaycanın bütün əhalisini əhatə edəcək. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.