Bu gündən rayonlara gediş-gəliş açıldıbackend

Bu gündən rayonlara gediş-gəliş açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün şəhərlərarası və rayonlararası hərəkətlə bağlı sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Bu gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarında giriş-çıxış bərpa olunub.