Bu gündən repetitor xidmətləri bərpa olundubackend

Bu gündən repetitor xidmətləri bərpa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti bu gündən bərpa olunub.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib.

Qərara əsasən, aprelin 27-si saat 00:00-dan etibarən ölkədə fərdi tədris və repetitor xidmətlərinin (qrup halında məşğələlər istisna olmaqla) fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Qərara əsasən aşağıda adları keçən sahələrin də fəaliyyətinə icazə verirlir:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
● kitab satışı
● qəzet satışı
● dəftərxana mallarının satışı
● çap və surətçıxarma fəaliyyəti
● fotoatelye/fotostudiyalar
● fərdi mənzillərdə təmizlik xidmətləri
● dərzi xidmətləri
● kosmetika və ətriyyat satışı
● geyim satışı
● ayaqqabı və dəri məmulatlarının satışı
● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
● kompüter avadanlıqlarının satışı və təmiri
● elektronika və məişət texnikasının satışı
● mebel satışı
● avtomobil satışı
● kimyəvi məhsulların satışı
● gül və bitki məhsullarının satışı
● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
● gübrə və aqrokimyəvi məhsulların satışı