Bu günədək Yerin təkindən nə qədər qızıl çıxarılıb?backend

Bu günədək Yerin təkindən nə qədər qızıl çıxarılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızıl yer üzündə ən nadir kimyəvi elementlərdən biri hesab olunur. Alimlər bildirirlər ki, Yer kürəsində çoxlu qızıl var, lakin onun hamısını hasil etmək mümkün deyil.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.

Dünya Qızıl Şurasının (əsas qızıl istehsalçıları tərəfindən yaradılan təşkilat – red.) məlumatları göstərir ki, bəşəriyyət bu günədək 238 min tondan çox qızıl hasil edib. Qızılın təxminən yarısı zərgərlik məmulatlarının istehsalı üçün istifadə edilib, təxminən 22%-i qızıl külçə və sikkələrdə, 17%-i isə bütün dünya üzrə mərkəzi banklarda saxlanılır.

Bununla yanaşı, alimlər yer qabığında hələ də çoxlu qızılın qaldığını qeyd edirlər.

Dünya Qızıl Şurasının məlumatına görə, dünyada mütləq hasil edilə bilən qızıl ehtiyatları 60 370 ton, lakin təsdiqlənməmiş ehtiyatlar 145 000 ton olaraq qiymətləndirilir. Ən böyük qızıl yataqları Rusiya, Avstraliya, Cənubi Afrika və Çindədir.