“Bu hadisənin ictimaiyyətə yayılması uşaqlara pis örnəkdir” – Gənc müəllimin işdən çıxarılmasına REAKSİYAbackend

“Bu hadisənin ictimaiyyətə yayılması uşaqlara pis örnəkdir” – Gənc müəllimin işdən çıxarılmasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər 34 saylı məktəbin 5-ci sinif şagirdini döydüyü iddia edilən ingilis dili müəllimi Cavid Rzayev gündəmdə qalmaqda davam edir. Haqqında işdən çıxarılması ilə bağlı qərar verilən müəllimə nəinki şagirdlər, eləcə də ictimaiyyətdən böyük dəstək var.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi müəllimə verilən cəzanın çox sərt olduğunu bildirdi:

“Müəllimə haqq qazandırmasaq da, burada nüanslar var. Yəni müəllimi həddə çatdırmaq məsələsi var. Niyə o həddə çatıb müəllim, həqiqətən də barmaqlarını sındırıbmı və sairə. Amma görünən ondan ibarətdir ki, müəllim sadəcə özünün də dediyi kimi, yaxasından tutub və bildirib ki, dərsə sən niyə gecikmisən. Təbii ki, bu qaydada xəbərdarlıq olmamalıdır. Buna görə hansısa tədbirlər alına bilərdi. Verilən cəza çox sərtdir. Bu barədə araşdırılma aparılmalı, həqiqətən şiddət göstərdiyi təsdiqini taparsa, o zaman hər hansı cəza verilməlidir. Bu cəzanın verilməsi və ictimaiyyətə elan olunması düzgün deyil”.

Ekspertin fikrincə, bu məsələ ictimaiyyətə yayılmadan həll edilməli idi.

“Müəllimə qarşı olan vəziyyəti nəzərə alsaq, heç doğru yanaşma deyil. Həmin şagird kimi bir neçə şagird də artıq vəziyyəti görüb, örnək alacaqlar ki, “biz bunu etdiyimizə görə müəllimi çıxartdılar”, “biz istədiyimizi eləyək, onsuz da yenə müəllim işdən çıxarılacaq” prinsipi ilə yanaşılacaq və bu da mənə görə doğru deyil. Əgər belə hal yaşanacaqdısa, sonradan şagirdlər etiraz edəcəkdirsə, bu, ümumiyyətlə ictimaiyyətə açıqlanmamalı idi. Konkret olaraq sakitliklə həllini tapmalıydı ki, həm müəllim tərəfindən problem yaranmasın, həm də şagirdlər üçün bir növ örnək halı daşımasın”, – deyə E.Əfəndi qeyd etdi.