Bu halda dərmanları pulsuz alacaqsızbackend

Bu halda dərmanları pulsuz alacaqsız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İcbari Tibbi sığorta hazırda təxirəsalınmaz təcili yardım, ilk yardım, ambulator müayinə və stasionarda yatışın xərclərini ödəyir.
Lakin ambulator, yəni evdə müalicə alan xəstələr resept üzrə dərmanları aptekdən öz hesabına almalıdır.
Buna görə çox vətəndaşlar kiçik bir problemdə də xəstəxanada yatmaq üçün zorla göndəriş almaq istəyir, stasionar tələb edir. Bu da xəstəxanaların yüklənməsi, xərclərin çoxalmasına səbəb olur, insanlar icbari tibbi sığortadan şikayət etməyə başlayır.
NOCOMMENT medicina.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov açıqlama verib.
“ Vətəndaşın ilk öncə ərazi üzrə ASM-də Ailə həkiminə müraciət etməsi vacibdir. Birincisi əgər pasiyent bir narahatlığı, şikayəti varsa, bunun üçün hansı həkimə üz tutmalı olduğunu bilmir. Ailə həkimindən keçməyən xəstə o həkimdən bu həkimə gəzərək dərdinə çarə axtaracaq, halbuki bir göndərişlə dəqiq həkiminə gedə bilərdi.
Bəzən xəstələr özlərində hiperdiaqnostika aparmağa meyilli olur. Özləri KT, MRT, rentgendən keçir, əməliyyat, xəstəxanada yatmaq istəyir. Amma ailə həkimi müayinə edib, adi bir soyuqdəymə, keçici bir hal olduğunu təyin edir, resept yazır və evə müalicəyə göndərir. Lakin çox xəstələr bununla razılaşmır. Səbəb məlumdur. Məsələn, xəstə antibiotik içməlidir. Bu müalicəyə özü xərc çəkməsin deyə, stasionarda yatış tələb edir. Çünki orda dərmanlar da pulsuzdur. Buna görə müvəqqəti problemlər, çətinliklər yaşanır.
Yaxın gələcəkdə icbari tibbi sığorta dərman təminatını da pulsuz edəcək, elektron resept qüvvəyə minəcək. Xəstə həkimin yanından çıxıb aptekdə şəxsiyyət vəsiqəsini göstərəcək, əczaxanaçı sistemdə dərhal həkimin reseptini görəcək və ona uyğun da dərmanlarını pulsuz verəcək. Bu zaman xəstələrin özbaşına lazımsız dərmanlar almasının da qarşısı alınacaq.
Reseptlər onlayn olanda, dərmanlar pulsuz veriləcək, bununla da insanların, xüsusən rayonlarda pasiyentləri xəstəxanaya düşmək istəyi də sönəcək”.