Bu halda pandemiyaya qalib gələ bilərik – Həkimbackend

Bu halda pandemiyaya qalib gələ bilərik Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəyyən dövrdə yumşalmalar oldu. Bu səbəbdən insanlarda arxayınlıq yarandı ki, koronavirusu geridə qoyduq, maska taxmaya bilərik. İndi isə yoluxma tempi getdikcə artmaqdadır.

NOCOMMENT.az xəbər verir ki, bunu İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Könül İsmayılova deyib.

“Lakin ümidsiz olmağa dəyməz. Xəstəlik varsa, önləyici tədbirlər də var. İnsanlarda peyvəndlənməyə maraq artıb. Əvvəllər də infeksion və virus xəstəliklərin profilaktikası üçün həmişə peyvəndlənmə olub. Yanlış informasiyalar həmişə dolaşıb. İndi isə bu, internet resurslarının əlçatan olduğuna görə daha da asanlaşıb. Peyvəndlərin təhlükəsizliyi ilə bağlı tədqiqatlar aparılır. Müəyyən müddət sonra eyni insanda təkrar yoluxma ola bilər. Kütlə immuniteti formalaşdıqda pandemiyaya qalib gələ bilərik”, – həkim bildirb.

K.İsmayılova qeyd edib ki, bəziləri bu xəstəliyi yüngül simptomlarla keçirsə də, bəzilərinin intensiv terapiya şöbəsində müalicə almasına ehtiyac yaranır:

“Hazırda bu hal artmaqdadır. Məlumatsız insanlar xəstəxanada qəbul edilməsi lazım olan dərmanı ev şəraitində tələb edirlər. Bəzən başqasının resepti ilə mülaicə olunurlar. Bu, yolverilməzdir. Kor-koranə müalicə ağırlaşmaların sayını artıracaq. İstənilən halda həkim məsləhəti olmalıdır”.