Bu halda rus qoşunları Azərbaycandan çıxarıla bilərbackend

Bu halda rus qoşunları Azərbaycandan çıxarıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ötən gün Ermənistana səfəri çərçivəsində həmkarı ilə birgə mətbuat konfransı keçirib.

Bu zaman erməni jurnalistlərdən biri ona Zəngəzur dəhlizinin açılmasıyla bağlı sual ünvanlayıb. S.Lavrov isə cavabında kommunikasiya xətlərinin tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında açılmalı olduğunu diqqətə çatdırıb. Yəni bir növ Ermənistanın razılıq verməyəcəyi təqdirdə Zəngəzur dəhlizinin açılmayacağına işarə edib. Halbuki noyabrın 10-da imzalanan üçtərəfli müqavilədə Zəngəzur dəhlizinin açılması ilə bağlı xüsusi müddəa var.

Maraqlıdır, bu məsələ müqavilədə öz əksini tapdığı halda Sergey Lavrovun belə bir fikir səsləndirməsi nə dərəcədə doğrudur?

NOCOMMENT xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə mövzu barədə yenisabah-a açıqlamasında bildirib ki, Sergey Lavrov Rusiyanın Ermənistanda itən nüfuzunu bərpa etməyə çalışır: “Ona görə də Ermənistan xeyrinə mövqe sərgiləməyə başlayırlar. Məsələnin mahiyyəti odur ki, müharibə ərəfəsində Ermənistanın Rusiyadan gözlədiyi çox şey vardı. Lakin o gözləntilər doğrulmadı və beləliklə, Rusiyaya müttəfiq kimi inam və güvən ciddi şəkildə sarsıldı. İndi çalışırlar ki, bunun üzərində manevr edərək güvənlərini bərpa etsinlər”.

Siyasətçi hesab edir ki, Azərbaycan və Türkiyə tərəfi sazişin bəndlərinin yerinə yetirilməsi məsələlərində ardıcıllığı təmin etməli və bu istiqamətdə də ciddi addımlar atmalıdır: “Təbii ki, Ermənistan razı olmasa bunu etmək çətindir, çünki güc yolu ilə həll olunacaq bir məsələ deyil. Yəni Azərbaycan zorla Zəngəzur ərazisinə girib bu müqavilənin şərtlərini yerinə yetirmək barədə addımı ata bilməz. Lakin bənd yerinə yetirilməsə, 10 noyabr sazişi pozulmuş hesab olunur. Bundan sonra isə Azərbaycan ona uyğun adekvat addımlar atmalıdır.

Belə ki, rus qoşunlarının Azərbaycandan çıxması məsələsi ciddi şəkildə gündəmə gələ bilər. Lavrovun bu çıxışını biz hələlik birtərəfli qiymətləndirə bilərik, amma sonra nələr olacağı zamanın işidir”.