NOCOMMENT.az xəbər verir ki, Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lyanemets Rusiya ilə sərhədin hansı halda bağlana biləcəyini açıqlayıb. “Delfi” portalı yazır ki, nazir bu barədə Estoniya sakinlərinə əvvəlcədən xəbərdarlıq ediləcəyini vəd edib.
Siyasətçinin qeyd etdiyi kimi, hazırda Estoniya sərhəd-keçid məntəqələri adi qaydada işləyir, lakin hakimiyyət Finlandiyanın əvvəllər etdiyi kimi, lazım gələrsə, onları bağlamağa hazırdır.
“Biz yüzlərlə miqrantın Finlandiya sərhədindən cənuba – məsələn, Narva və ya Luhamaa sərhəd məntəqələrinə göndəriləcəyinə hazır olmalıyıq”,- Lyanemets bildirib.