“İtaliyada keçiriləcək sammitdə “Yeddilik Qrupu” Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarətini elan edəcək”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Bildirib ki, Rusiya hərbi maşını üçün xərcləri artırmağa davam edəcəyik. Bu həftə təsirli yeni sanksiyalar və ixrac nəzarəti paketinin elanı gözlənilir.
Kirbi həmçinin Qərbin Rusiyaya və onun müdafiə sənayesinə iqtisadi təzyiqi artırmaq niyyətində olduğunu vurğulayıb.