Bu hərbçilərə 1080 manat ödəniləcək – AÇIQLAMAbackend

Bu hərbçilərə 1080 manat ödəniləcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən bəzi hərbçilərə aylıq 360 manat veriləcək. Söhbət sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş şəxslərdən gedir.

NOCOMMENT.az xəbər verir ki, bu haqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Xəzər TV-nin “Birinci Studiya” verilişində məlumat verib.

F.Ağamalının sözlərinə görə sözügedən hərbçilərə hər ay üçün (oktyabr, noyabr, dekabr ayları üçün-red) 360 manat ödəniləcək. Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq.

O, Prezidentin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrıldığını, dekabrdan sonra da hərbi xidmətini davam etdirən hərbçilərə hər ay üçün 360 manatın ödənilməsinin davam etdriləcəyini bildirib.