Bu hərbçilərə mənzillər verildibackend

Bu hərbçilərə mənzillər verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 15-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi mərasimi keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak edib.

Şəffaflıq və ədalətlilik prinsipi nəzərə alınmaqla, seçim əsasında Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında hərbi qulluqçuların ailələrinə mənzillər təqdim edilib.

20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara müvafiq sahəsi olan mənzillər verilib.