Rusiya döyüş təyyarələrinə artan tələbat onların dünyanın ən yaxşısı olduğunu təsdiqləyir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya döyüş aviasiyasının aparıcı mövqelərini “Rossiya-24” telekanalının efirində Birləşmiş Aviasiya Korporasiyasının (UAC) rəhbəri Vadim Badexa etiraf edib.
“Döyüş aviasiyasından danışsaq, siz çox yaxşı bilirsiniz ki, bizim təyyarələrimiz dünyanın ən yaxşısı olaraq qalır. Bu, hərbi-texniki əməkdaşlığa bu gün beynəlxalq bazarda artan tələbatla sübut olunur”, – o, Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə deyib.
Rusiya beşinci nəsil Su-57 qırıcısı, 4++ nəsil Su-35S qırıcısı və Su-34 qırıcı-bombardmançı təyyarələri də daxil olmaqla müxtəlif növ döyüş təyyarələri istehsal edir.
Fevral ayında Amerikanın “The National Interest” jurnalı yazmışdı ki, Rusiyanın Su-57 təyyarəsi sürət və qiymət baxımından Amerikanın beşinci nəsil F-35 qırıcılarından üstünlüklərə malikdir.
2024-cü ilin noyabrında məlum oldu ki, Rusiya Su-35-lərin xarici tədarükü ilə bağlı danışıqlara başlayıb.