Bu hospital 8 min manatadək cərimələnə bilərbackend

Bu hospital 8 min manatadək cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

National Prime Hospital ona verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətində ittiham olunur.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə iş başlanıb.

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

215.1-ci maddədə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

National Prime Hospitalın icraçı direktoru Aygün Babayevadır.