​Bu icra başçıları iki universitet bitirib – FOTObackend

​Bu icra başçıları iki universitet bitirib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda icra başçıları bir-birilərindən təkcə yaşı, stajı ilə deyil, həm də təhsili, sahib olduqları ixtisaslarla fərqlənirlər. Onların bəziləri iki ali məktəbin məzunudur.

NOCOMMENT.az həmin icra başçıları haqda məlumatları təqdim edir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iki diplomu var. O, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsi üzrə bakalavr pillələrini bitirib.

Nahid Bağırov 5 mart 2020-ci ildən İsmayıllı rayonuna rəhbərlik edir.

Fotoda: İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev də iki universitetin məzunudur. Tağıyev əvvəlcə Bakı Dövlət Universitetini, sonra isə Moskva Dövlət Vilayət Universitetini bitirib. 31 oktyabr 2019-cu ildən Yevlax rayonunun icra başçısıdır.

Fotoda: Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun da iki diplomu var. O, Azərbaycan Texniki Universitetini və Bakı Dövlət Universitetini bakalavr pillələri üzrə bitirib.

Asif Hüseynov Prezident İlham Əliyevin Sərəncamı ilə 5 aprel 2019-cu ildə Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Fotoda: Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da təhsilə xüsusi marağı ilə seçilən rayon rəhbərlərindəndir. O, Mingəçevir Politexnik İnstitutunun və Bakı Dövlət Universitetinin məzunudur. Məmmədov ilk təhsilini iqtisadiyyat, ikinci təhsilini isə hüquqşünaslıq ixtisası üzrə alıb.

Fotoda: Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ilk təhsilini Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində hüquqşünaslıq ixtisası üzrə alıb. Sonra isə Bakı Dövlət Universitetində dövlət və bələdiyyə idarəetməsi ixtisasını oxuyub.

Aqil Nəzərli 16 iyun 2016-cı ildən Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Fotoda: Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli

Metbuat.az