Abşeron Rayon İcra Hakimiyyəti abadlıq işlərinin görülməsi çərçivəsində ağac və gül kollarının əkilməsi, həmçinin ot örtüyünün salınması xidmətlərinin satınalınması üzrə tenderin qalibi “Eko Ferma Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,bağlanacaq müqavilənin dəyəri 55.500 AZN təşkil edir.
Tenderə əsasən satın alınacaq bitkilər və xidmətlər aşağıdakılardır: Hind yasəməni (30 ədəd, dibçəkdə, 1,5–2 m hündürlüyündə), Lampantus (3.000 ədəd, 15–20 sm hündürlüyündə, yazda çiçək açan), Qazon (10.000 m², çoxillik, rulon şəklində, mülayim-isti və quru subtropik iqlimə uyğun), Evonimus (1.000 ədəd, 40–50 sm hündürlüyündə, soyuğa və küləyə davamlı), Küknar (Pixta) (400 ədəd, 1–1,5 m hündürlüyündə, kökləri tam inkişaf etmiş və bağlama xamut ilə təmin edilmiş).və.s
Xidmətlər çərçivəsində bitkilərin çatdırılması Abşeron rayonu ərazisinə hava şəraitinə uyğun və İcra Hakimiyyəti ilə razılaşdırılmış tarixdə həyata keçiriləcək.













