Bu il Azərbaycana 406 milyon dollar gətirən 10 şəxs kimdir?backend

Bu il Azərbaycana 406 milyon dollar gətirən 10 şəxs kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın ümumi ixracı 34,7 milyard dollar olub və bunun cəmi 6,9%-i və ya 2,4 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (181,8 milyon dollar) birinci, pambıq (151,79 milyon dollar) ikinci, qızıl (143 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 10 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin (fiziki şəxslərin) və onların rəhbərlərinin ilk 10-luğu aşağıdakı kimi olub:

Şirkət Rəhbəri İxracın dəyəri
(milyon dollar)
“MKT İstehsalat Kommersiya” MMC (VÖEN – 9900008361) Həsənov Rövşən 100,9
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin
Azərbaycandakı nümayəndəliyi (VÖEN – 9900047801)
Mohammad Reza 84,2
“Baku Steel Company” QSC (VÖEN – 1000062011) Kamal İbrahimov 36,3
“Almeyvə” MMC (VÖEN – 2006061571) Rəşid Quliyev 33,9
Elvin Şirinov Valeh (VÖEN – 2700187092) 33,7
“Rose Servis” MMC (VÖEN – 1102518081) Anar Şərəfxanov 33,7
“Mors Trading” MMC (VÖEN -1604639301) Mehmet Savaş Uzan 31,8
“P-Aqro” MMC (VÖEN – 1404226851) Əlizadə Azər 29,1
“STP Alüminium” MMC (VÖEN – 2906014721) Əliyev Fərhad 28,5
“Azərbaycan Şəkər İstehsalatı Birliyi” MMC (VÖEN – 9900017941) Ceyhun Salmanov 27,6