Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,4 milyard dollar olub.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki,qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artıb.
Qeyri-neft sektoru üzrə ixrac olunan malların siyahısında qızıl (210,7 milyon dollar) birinci, pomidor (157,2 milyon dollar) ikinci, pambıq lifi (124,7 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaş ölkələr Rusiya (814,1 milyon dollar), Türkiyə (394,5 milyon dollar), İsveçrə (220,2 milyon dollar), Gürcüstan (216,4 milyon dollar) və Ukrayna (131,8 milyon dollar) olub.
Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa aşağıdakı şirkətlər daxil olub:
“Prime Cotton” MMC (84 milyon dollar);
“AIMKL”in Azərbaycan Respublikasındakı nümayəndəliyi (74,7 milyon dollar);
“Baku Steel Company” QSC (41,3 milyon dollar);
“Export Stream” MMC (40,2 milyon dollar);
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (39,3 milyon dollar);
“UYTROP” MMC (28,9 milyon dollar);
“P-AQRO” MMC (26,7 milyon dollar);
“STP Alüminium” MMC (25,9 milyon dollar);
“TABATERRA” QSC (23 milyon dollar);
“Şahdağ SY” MMC (21,9 milyon dollar).