Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilibbackend

Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən NOCOMMENT-ə bildirilib ki, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.