Bu il Azərbaycanda Qurban bayramı namazı qılınmayacaqbackend

Bu il Azərbaycanda Qurban bayramı namazı qılınmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı qılınmayacaq.

NOCOMMENT-in əldə etdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib.

Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etmələri məsləhət görülüb.

Xatırladaq ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.