Bu il Ceyhan terminalından nəql edilən xam neftin həcmi açıqlandıbackend

Bu il Ceyhan terminalından nəql edilən xam neftin həcmi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “Botas International Limited” (BİL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 123,43 milyon barel xam neft nəql edib.

NOCOMMENT xəbər verir ki, bu həcmdə xam neft 159 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,48 milyard barel neft 4 540 tankerə yüklənib.

Qeyd edək ki, BİL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.