Bu il dəm qazından zəhərlənənlərin SAYI AÇIQLANDIbackend

Bu il dəm qazından zəhərlənənlərin SAYI AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin yanvar ayında dəm qazı zəhərlənməsilə 48 müraciət daxil olub, onlardan 43 nəfəri xəstəxanalara qəbul edilib.

NOCOMMENT xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib.

Baş toksikoloqun sözlərinə görə, dəm qazından zəhərlənənlərin 14 nəfəri azyaşlı olub: “Hazırda 2 nəfərin xəstəxana şəraitində müalicəsi davam etdirilir, qalanları evə yazılıb, ölüm hadisəsi qeydə alınmayıb”.

A.Maqsudov deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəm qazı zəhərlənmələrində azalma müşahidə edilir: “Ötən il 56 zəhərlənmə qeydə alınmışdı”.

Həkim həmçinin deyib ki, bu ay ərzində 8 nəfər sirkə turşusundan zəhərlənib, 1 nəfər ölüb, 12 nəfər dərman pereparatlarından allergik reaksiya ilə müraciət edib.