Bu il dünyada baş verən helikopter qəzaları – SİYAHIbackend

Bu il dünyada baş verən helikopter qəzaları – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1) 4 mart – Türkiyənin Bitlis şəhərinin Tatvan rayonuna gedən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Eurocopter AS532 Cougar” helekopter qəzaya uğrayıb. Qəzada təyyarədə olan 11 türk hərbçisi həlak olub, digər 2 hərbçi isə qəzadan sağ çıxıb. İlkin olaraq 5 yaralı hərbçi xəstəxanaya yerləşdirilsə də, onlardan 3-ü, o cümlədən 8-ci Korpusun komandiri general-leytenant Osman Ərbaş sonradan aldığı yaralardan dünyasın dəyişdi.

2) 5 mart – Musiqiçi Saşa Klaası daşıyan “Robinson R44” helekopteri Sojve yaxınlığında qəzaya uğrayıb. Klaas həlak olub, pilot sağ qalıb.

3) 7 mart – Fransız milyarder Olivier Dassaultu daşıyan “Eurocopter AS350 Écureuil” helekopteri havaya qalxdıqdan qısa müddət sonra Fransanın şimal-qərbində – Dovil yaxınlığında qəzaya uğrayıb. Cənab Dassault və pilot ölüb.

4) 28 mart – Çex milyarder Petr Kellneri daşıyan “Airbus AS350 B3” helekopteri Alyaskanın dərinliklərində qəzaya uğrayıb, pilot və daha 4 nəfər həlak olub.

5) 4 iyun – Qırğızıstanın Alay rayonunda “Mil Mi-8” helikopteri qəzaya uğrayıb, təxminən 13 nəfər yaralanıb.

6) 1 oktyabr – ABŞ-ın Çandler şəhərində “Robinson R22” ilə “Piper PA-28” helekopteri toqquşub, 2 nəfər həlak olub.

7) 30 noyabr-Azərbaycanda 14 hərbçinin ölümü ilə nəticələnən helekopter qəzası baş verib.

Müqayisə üçün deyim ki, 2020-ci ildə cəmi 1 helekopter qəzası baş vermişdi: 26 yanvarda təqaüdçü basketbolçu Kobe Bryant və onun 13 yaşlı qızı Gianna Maria “Gigi” Bryantın olduğu “Sikorsky S-76” helikopteri Kaliforniyanın Calabasas şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə helikopterdə olan 9nəfərin hamısı həlak olmuşdu…
modern