Bu il ƏƏSMN-ə 343 469 müraciət olubbackend

Bu il ƏƏSMN-ə 343 469 müraciət olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin yanvar-sentyabr aylarında 343 469 vətəndaşın qəbulu həyata keçirilib.

Nazirlikdən NOCOMMENT.az -a bildirilib ki, onlardan 2 366-sı nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 341 103-ü nazirliyin və qurumlarının qəbul mərkəzlərində, DOST Mərkəzlərində qəbul edilib.
Bu ilin 9 ayında nazirlik üzrə yazılı və e-qaydada edilmiş 960 223 vətəndaş müraciətinin cavablandırılması təmin edilib.
Müraciətlərin 313 215-i nazirlik və qurumları tərəfindən, 594 762-si 142-Çağrı Mərkəzi vasitəsilə, 52 246-sı isə sosial şəbəkələr üzərindən cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.