Bu il işdən çıxarılan məktəb direktorlarının sayı AÇIQLANDIbackend

Bu il işdən çıxarılan məktəb direktorlarının sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən məktəblərdə əmək müqaviləsinə xitam verilən direktorlarının sayı açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 26 direktor işdən çıxarılıb.

“Bu təqvim ili üzrə 26 direktor əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib”, – deyə qurumdan verilən məlumatda qeyd edilib.