77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, qısa filmlər üzrə bu il 11 ölkədən namizəd iştirak edəcək.
Bunlar Azərbaycan da daxil olmaqla, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ-dir.
Festivalda Azərbaycanı rejissor Azər Quliyev “Sanki yoxsan” filmi ilə təmsil edəcək.
Müsabiqənin əsas mərhələsində 4 420 film arasından seçilmiş 11 qısametrajlı film təqdim olunacaq.
Qısametrajlı film üzrə “Qızıl palma budağı”nın qalibi mayın 25-də elan olunacaq.