Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlanıbbackend

Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il 15,6 min pensiya, 144,1 min müavinət və təqaüd təyinatı proaktiv qaydada həyata keçirilib”.

NOCOMMENT xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov qurumun 6 aylıq yekunlarına həsr olunan hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi 175 xidmətdən 110-u elektron, o cümlədən 46-sı proaktivdir: “30 arayış növü elektronlaşdırılıb. Bu ilin ilk 6 ayında Nazirliyin elektron xidmətlərinə 125 milyondan çox müraciət qeydə alınıb. İlin əvvəlindən ölkənin vahid sosial reyestri olan e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət daxil olub”.

O qeyd edib ki, bu ilin yanvar-iyun aylarında nazirliyin fəaliyyət sahələri üzrə 314 683 elektron arayış verilib: “Zəfər altsisteminə 200 minədək müharibə veteranına dair məlumatlar daxil edilib. Təyinatlar barədə məlumat şəxslərin e-sosial portalındakı şəxsi kabinetlərində yerləşdirilib”.