Bu il Rusiyadan İrana 50 mindən çox turist gələcəyi gözlənilirbackend

Bu il Rusiyadan İrana 50 mindən çox turist gələcəyi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran bu il rusiyalı turistlərin sayının 50 mini keçəcəyini gözləyir.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın Mədəni İrs, Sənətkarlıq və Turizm Nazirliyinin beynəlxalq turizmin inkişafı departamentinin direktoru Müslim Şocayi deyib.

“Ötən il Rusiyadan bizə 50 min turist gəldi. Və bu il bu rəqəmin daha yüksək dəyərlərə çatacağını gözləyirik”.

Nazir həmçinin əlavə edib ki, İrandan Rusiyaya 60 mindən çox turist gəlib. O qeyd edib ki, hər iki ölkədə xarici turizm daha böyük potensiala malikdir, ona görə də Moskva və Tehran vətəndaşları bir-birinin ölkələrinə daha tez-tez səfər edə bilərlər.