Bu insanlar 10 milyon cərimə ödəyəcəkbackend

Bu insanlar 10 milyon cərimə ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın Dövlət Duması ikinci, əsas oxunuşda həm yetkinlik yaşına çatmayanlar, həm də böyüklər arasında qeyri-ənənəvi cinsi oriyentasiya, pedofiliya və cinsiyyətin dəyişdirilməsinin təşviqinə görə külli miqdarda – 10 milyon rubla qədər inzibati cərimələrin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.

NOCOMMENT TASS-a istinadla xəbər verir ki, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində yetkinlik yaşına çatmayanlar arasında LGBT təbliğatına görə cərimələr maddəsinə indi əhəmiyyətli dərəcədə yenidən baxılacaq. Böyüklər arasında LGBT-ni təbliğ edənlərə sərt cəzalar nəzərdə tutulub.

İkinci oxunuşda edilən düzəlişdə hətta cinsin dəyişdirilməsinin təşviqi sərt cəzalanacaq.

Bu hərəkətlərdə cinayət məsuliyyəti nəzərdə tutulan bir hərəkət yoxdursa, vətəndaşlar üçün 50 mindən 100 min rubla qədər, vəzifəli şəxslər üçün 100 mindən 200 min rubla qədər, hüquqi şəxslər üçün 800 mindən 1 milyon rubla qədər cərimə nəzərdə tutulur.

Yetkinlik yaşına çatmayanlar arasında aparılan təbliğat cərimələrin artması ilə nəticələnəcək. Beləliklə, vətəndaşlar üçün 100 mindən 200 min rubla qədər, vəzifəli şəxslər üçün – 200 mindən 400 min rubla qədər, hüquqi şəxslər üçün – 1 milyondan 2 milyon rubla qədər pul və ya 90 günədək həbs nəzərdə tutulub.