Bu insanların işdən ixtisar edilməsi qadağan olunsun – Deputatdan təklifbackend

Bu insanların işdən ixtisar edilməsi qadağan olunsun – Deputatdan təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi haqqında müzakirələr zamanı çıxış edib, bir sıra vacib məsələlərə toxunub.

NOCOMMENT.az xəbər verir ki, Ombudsmanin illik hesabatını, özəlliklə pandemiya dövrü problemlərinə baxmayaraq görülən işləri müsbət qiymətləndirən komitə sədri, eyni zamanda 2016-cı ilin Aprel döyüşlərinin 5-ci ildönümü olduğunu xatırladaraq, şəhidlərin ruhuna dərin ehtiramını ifadə edib.

O, 2 aprelin həmçinin Beynəlxalq Autizm Günü olduğunu, autizmli uşaqlara, onların ailəsinə də dəstək proqramlarının genişləndirilməsinin, diqqət-qayğının xüsusi həssas məsələ olduğunu söyləyib.

Ombudsmanın məruzəsində məktəblilərin və tələbələrin kənd rayonlarında internet problemi yaşaması haqqında da fikirlərini bölüşən Q.Paşayeva, parlamentdə təmsil etdiyi Tovuz rayonunun bir sıra kəndlərində tələbə və şagirdlərin virtual dərslər zamanı qarşılaşdığı problemlərin aradan qaldırılmasının xüsusi önəm daşıdığını deyib. Pandemiyanın daha nə qədər davam edəcəyinin bilinmədiyini, ona görə də gənc nəslin təhsilə yiyələnməsi, təlim-tərbiyəsi ilə bağlı bütün imkanların səfərbər edilməli olduğunu deyib.

Ombudsmanın qaldırdığı başqa bir məsələyə də toxunan Q.Paşayeva, pensiya yaşına 4-5 il qalmış işçilərin işdən ixtisar edilməsinin qadağan edilməsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini vurğulayıb: “Pensiyasına 6-7 il qalmış işdən ixtisar edilən insanlar yeni iş yeri tapa bilmirlər. Ona görə də pensiya yaşına ən azı 7 il qalmış insanların işdən ixtisar edilməsi qadağan olunmalıdı”.

Aliment Fondunun yaradılması barədə Ombudsmanın qaldırdığı məsələyə müsbət yanaşdığını deyən Q.Paşayeva, ailələrin dağılmasının qaçınılmaz olduğu vaxtlarda, uşaqlı anaların, uşaqların problemlərdən mümkün qədər tez qurtarması və qorunmasına, məhkəmələri müvafiq işlərə daha obyektiv, həssas yanaşmağa çağırıb.

Q.Paşayeva ombudsmanın da vurğuladığı kimi, ucqarlarda, o cümlədən Tovuz rayonunun bəzi kəndlərində məktəblərin vəziyyətinin öyrənilməsinin, yeni məktəblər tikilməsi yaxud məktəblərin əsaslı təmir olunmasının vacibliyini qeyd edib.
Modern