Bu “İphone”ları almayın – 2 ay sonra bağlanırbackend

Bu “İphone”ları almayın – 2 ay sonra bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeni dələduzluq növü yayılıb. Belə ki, kreditdə olan telefonlar ikinci əl adı ilə satılır, iki ay keçdikdən sonra isə telefonlar koda düşür.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə vətəndaşlar Milli.Az-a çox saylı şikayətlər ediblər.

Son dövrlər xüsusi ilə ikinci əl telefon bazarında kreditdə olan telefonlar satılması halları artıb. Belə ki, telefonu kreditə götürən şəxs bir müddət sonra o telefonu satmaq qərarına gəlir və alıcıya telefonun kreditdə olması ilə bağlı heç bir məlumat verilmir.

Vətəndaşların sözlərinə ən çox bu hallar nisbətən daha baha olan “iphone” markalı telefonlarda və digər brendlər məxsus telefonları aldıqda baş verir.

Bəs telefonun kreditdə olub-olmadığını necə yoxlamaq olar?

Texno-ekspert İlqar Şabanov Milli.Az-a açıqlamasında bildirib ki, bu kimi hallara qarşı vətəndaşlar mütləq diqqətli olmalıdırlar:

“İstənilən mobil telefonun “IMEI” kodunu müəyyən etmək üçün həmin cihazdan *#06# yığmaq kifayətdir. *#06# qısa nömrəsi yığılan zaman cihazın “IMEI” kodu ekranda əks olunur. Cihazın “IMEI” kodu onun qutusunun üzərində də qeyd olunur.

Kodu əldə etdikdən sonra bu səhifəyə keçid edin. “IMEI” kodunuzu yazın. Bununlada telefonun kreditdə olub olmadığını müəyyən edə bilərsiniz”.