“Bu, istehlakçıların hüquqlarının pozulmasıdır”backend

“Bu, istehlakçıların hüquqlarının pozulmasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu istehlakçıların hüquqlarının pozulmasıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov marketlərdə ərzaqların üzərində yazılan qiymətlərin kassada artırılması faktlarından danışarkən deyib. Vəkil bildirib ki, belə hallarda alıcılar həmin malı almaqdan imtina etmək hüququ var:

“Mağazalar vitirində sərgilənən məhsulların üzərinə qiymət təyin edilir. Əgər alıcı həmin qiyməti görüb və məhsulla kassaya yaxınlaşırsa deməli təyin edilən qiymətlə razılaşıb. Alıcı ilə mağazanın arasında şifahi müqavilə var. Belə halda isə mağaza bağladığı müqavilənin şərtlərini pozmuş hesab edilir. Ən yaxşı halda vətəndaş malı almaqdan imtina etməlidir”.

Vəkil alqı-satqı prosesində hüququ pozulan vətəndaşların iki yolu olduğunu açıqlayıb:

“Onlar birinci Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilər. İkincisi isə məhkəməyə verə bilər. Bu isə əlavə vaxt və maliyyə itkisidir”.